Press "Enter" to skip to content

Rüşvətxor məktəb direktorunun işi məhkəməyə göndərilib

Bayraqdar.info – Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktoru Samirə Əkbərovanın qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Baş Prokurorluqdan sentyabrın 8-də bayraqdar.info-ya daxil olan xəbərdə belə deyilir.

Xəbərdə qeyd edilir ki, S.Əkbərova məktəb direktoru işləyərkən Təhsil Nazirliyinin işə qəbulla bağlı müəyyən edilmiş qaydalarından kənar hərəkətlərə yol verib. O, ayrı-ayrı vətəndaşları həm özününün direktoru olduğu orta məktəbə, həm də digər təhsil müəssisələrinə müəllim, kitabxana müdiri və s. vəzifələrə düzəldəcəyi barədə yalan vədlərlə aldadaraq, onların 30 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

“Məktəb direktoru barədə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 (xeyli miqdarda dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

“Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.