Press "Enter" to skip to content

Yeni mövsümdə yeni adla

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin var olması tarixindən bəhs edən “Bir Zamanlar Kıbrıs” ​serialı ikinci sezonda “Kıbrıs Zəfərə Doğru” adı ilə yayımlanacaq.

Bu barədə bayraqdar.info-ya sentyabrın 8-də KKTC-nın Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Qeyd edilib ki, artıq TRT tərəfindən bununla bağlı açıqlama da yayılıb. “TRT-dən verilən açıqlamaya görə, baş rollarda Ahmet Kural, Serkan Çayoğlu, Pelin Karahan, Tayanç Ayaydın, Gülper Özdemir və Devrim Saltoğlunun oynadığı serialda yeni sezonda yeni aktyorlar da rol alacaq. Belə ki, serialın yeni sezonunda gənc aktyor Mehmet Aykaç “Erdil”, Tekin Temel “Ali Rıza Vuruşkan”,  Musab Ekici “Kurtcebe” və Metin Büktel “Jurnalist” rolunda çıxış edəcəklər”, – deyə məlumatda vurğulanıb.

O da bildirilib ki, prodüseri Erol Avcı, rejissoru Osman Taşçı və Barış Erçetin, ssenari müəllifləri Emre Özdür və Başar Başaran olan “Kıbrıs Zəfərə Doğru” yaxınlarda TRT1 ekranlarında olacaq.

Məlumat üçün bildirək ki, artıq Kıbrısda çəkilişləri başlayan serialın yeni bölümlərində “Erenköy müqaviməti” bütün reallığı və çarpıcılığı ilə ekranda əks olunacaq. Öz vətənlərini qorumaq üçün ali təhsillərini yarımçıq qoyub Ankaradan, İstanbuldan və İngiltərədən adaya dönən Kıbrıslı tələbə və mücahidlərin qəhrəmanlığından geniş bəhs ediləcək. Həmçinin, aktyor Kamal Uçarın canlandırdığı Türkiyənin ilk hava müharibəsi şəhidi olan qəhrəman pilot kapitan Cengiz Topelin həyat hekayəsi də tamaşaçılara təqdim ediləcək.

Mission News Theme by Compete Themes.