Press "Enter" to skip to content

Yeni nazir kollektivə təqdim edilib

Bayraqdar.info – Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən gənclər və idman naziri vəzifəsinə təyin edilmiş Fərid Qayıbov sentyabrın 8-də kollektivə təqdim olunub.

Bu barədə bayraqdar.info-ya sentyabrın 8-də Gənclər və İdman Nazirliyindən bildirilib.

“Yeni naziri kollektivə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev təqdim edib.

“Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək dövlət başçısının sentyabrın 7-də imzaladığı muvafiq Sərəncamı diqqətə çatdırıb, Fərid Qayıbovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. O bildirib ki, Fərid Qayıbov bir sıra məsul vəzifələrdə fəaliyyət göstərib, o cümlədən Avropa Gimnastikasının prezidenti vəzifəsində çalışıb.

“Təqdimat mərasimində çıxış edən Fərid Qayıbov göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Tədbirdə idman federasiyalarının rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.