Press "Enter" to skip to content

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

Bayraqdar.info – 2021-ci ilin yanvar-avqust aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 226,6 milyon manat və ya 10,0 faiz artıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, büdcə təşkilatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,9 milyon manat və ya 5,4 faiz, qeyri-büdcə təşkilatlarında isə 141,2 milyon manat və ya 9,9 faiz artım qeydə alınıb.

Mission News Theme by Compete Themes.