Press "Enter" to skip to content

Bu, rumların adada türk varlığına qarşı dözümsüzlüyünün ən bariz göstəricisidir

Fuat Oktay

Bayraqdar.info – “Cümhuriyyətimizin qurucusu Atatürkə və onun timsalında millətimizə edilən bu hörmətsizlik, rumların adada türk varlığına qarşı dözümsüzlüyünün ən bariz göstəricisidir.”

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib. O, Kıbrıs Rum İdarəsində Təhsil Nazirliyinin Mustafa Kamal Atatürkdən bəhs edilən səhifənin çırılması yönündə verdiyi təlimatı kəskin şəkildə qınayıb.

F.Oktay, Twitter hesabında yazdığı açıqlamada Güney Kıbrıs rəsmilərinə dərsliklərin səhifələrini cırmaqla keçmişin çiyinlərinə qoyduğu tarixi irsin silinməsinin mümkün olmayacağını xatırladıb.

Mission News Theme by Compete Themes.