Press "Enter" to skip to content

İplə tullanma üzrə turnir

Bayraqdar.info – 09 sentyabr 2021-ci il tarixdə ABAD məhəllədə, açıq havada Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “İplə Tullanma” İdman Klubunun birgə təşkilatçılığı ilə iplə tullanma üzrə Nərimanov rayon turniri keçirilib.

Xəbər sentyabrın 10-da bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən verilib.

“Turnirdə Nərimanov RGİİ-nin rəisi Nəcəf Novruzov, Klubun sədri Anar Nəsirli, “Evrika” və 6 saylı məktəb-liseyinin fiziki tərbiyə və cüdo müəllimi, cüdo üzrə idman ustası, turnirin hakimi Mariya Novruzova və 20 nəfər uşaq, yeniyetmə və gənc iştirak edib.

“Turnirin məqsədi iplə tullanma idman növünü inkişaf etdirmək, gəncləri idmana cəlb etmək və onların asudə vaxtını səmərəli təşkil etməkdir.

“Turnir 4-8, 9-13 və 14-17 yaş qrupları üzrə təşkil edilib. Ümumi nəticələrə əsasən:

“4-8 yaşlı uşaqlar arasında 1-ci 47 saylı tam orta məktəbin şagirdi Nuray İsmayılzadə, 2-ci yeri – “Evrika” liseyinin şagirdi Sona Mustafa, 3-cü yeri isə 47 saylı tam orta məktəbin şagirdi Yağmur Abuşova tutub.

“9-13 yaşlı yeniyetmə oğlanlar arasında 1-ci yeri – 34 saylı tam orta məktəbin şagirdi Məhəmməd Kərimov, 2-ci yeri – Məktəb-Lisey Kompleksinin şagirdi Səid Hacızadə, 3-cü yeri isə 202 saylı tam orta məktəbin şagirdi Əli Mirzəyev tutub.

“9-13 yaşlı yeniyetmə qızlar arasında 1-ci yerə 202 saylı tam orta məktəbin şagirdi Raya Abduləliyeva, 2-ci yerə 34 saylı tam orta məktəbin şagirdi Zəhra Mirzəyeva, 3-cü yerə isə 202 saylı tam orta məktəbin şagirdi Röya Abduləliyeva çıxıb.

“14-17 yaşlı gənclər arasında 1-i yeri 34 saylı tam orta məktəbin şagirdi Ləman Vəlili, 2-ci yerləri – Salyan rayonu, 2 saylı məktəbin şagirdi Fərhad Hacıyev, 34 saylı tam orta məktəbin şagirdi Səma Atayeva və 3-cü yeri isə 34 saylı tam orta məktəbin şagirdi Humay Poladova bölüşüblər.

“Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom ve medallar ilə təltif olunub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.