Press "Enter" to skip to content

Orduda müddətdən artıq həqiqi hərbi xidmət kursu – VİDEO

Bayraqdar.info – Müdafiə Nazirliyinin hərbi hissələrində zabit və gizir hazırlığı kursları ilə yanaşı, müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar üçün də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ildə bir neçə dəfə kurslar təşkil olunur.

Bu barədə sentyabrın 10-da Müdafiə Nazirliyindən bayraqdar.info-ya bildirilib.

Xəbərdə qeyd edilir ki, Mərkəzdə avqustun 9-dan başlanan növbəti müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçularının hazırlığı kursunda da kifayət qədər gənc hərbi ixtisaslara yiyələnir.

Peşəkar müəllim və komandir heyəti tərəfindən kursantlara yüksək hərbi bilik və bacarıqlar aşılanır.

“Kurslarda iştirak edənlərin böyük əksəriyyəti Vətən müharibəsi iştirakçılarıdır.

Qeyd edək ki, kursu uğurla başa vuranlar 3 il müddətinə bağlaşma imzalayaraq ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.