Press "Enter" to skip to content

“TurAz Şahini-2021” birgə təlimləri davam edir – VİDEO

Bayraqdar.info – “TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimlərinin planına əsasən Azərbaycanın və qardaş Türkiyə Cümhuriyyətinin döyüş təyyarələri əməliyyat uçuşları yerinə yetiriblər.

Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətin və fərqli xüsusiyyətlərə malik döyüş təyyarələri arasında rabitə əlaqəsinin uzlaşdırılması imkanları öyrənilir.

Sentyabrın 10-da Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə belə deyilir.

Xəbərdə qeyd edilir ki, eyni zamanda, havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərinin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

Mission News Theme by Compete Themes.