Press "Enter" to skip to content

Aldığımız bayrağı hər zaman ucalarda tutmağı davam etdirəcəyik

Bayraqdar.info – “Ana Vətən Türkiyə ilə birlikdə Kıbrıs türk xalqının suverenliyi, müstəqilliyi və azadlığı üçün İsmet Kotak kimi şəxslərdən aldığımız bayrağı hər zaman ucalarda tutmağı davam etdirəcəyik.”

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar KKTC-nin qurulmasında əməyi olan keçmiş nazir, millət vəkili, jurnalist, yazar və BRT-nin keçmiş direktoru İsmet Kotakın ölümünün 10-cu ildönümündə anım mərasiminə qatılıb. Mərasimdəki çıxışında E.Tatar İ.Kotakın Kıbrıs türk xalqının milli mübarizəsində böyük xidmətləri olan millətçi, vətənpərvər, çalışqan və ağıllı bir insan olduğunu deyib.

KKTC Cümhurbaşqanı İ.Kotaka böyük bir sədaqət borcu olduğunu söyləyib. Hər il İ.Kotakın anma mərasiminə qatıldığını xatırladan E.Tatar, onun xidmətlərinin heç vaxt unudulmayacağını bildirib.

Mission News Theme by Compete Themes.