Press "Enter" to skip to content

“Birlikdə yaşadaq” Qəbələ “ASAN xidmət”də 

Bayraqdar.info – Sentyabrın 13-də Qəbələ regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub. Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.

Qeyd edilib ki, tədbir çərçivəsində mərkəzdə “ASAN xidmət“ könüllüləri tərəfindən hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.

Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.

Vurğulanıb ki, tədbirin keçirilməsinin məqsədi sərgi-satışdan toplanmış məbləğin “YAŞAT” Fonduna köçürülməklə şəhid ailələrinə və yaralananlara dəstək olmaqdır.

Mission News Theme by Compete Themes.