Press "Enter" to skip to content

Ceyhun Bayramov Türkiyə nümayəndə heyətini qəbul edib

Bayraqdar.info – Sentyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramov Faruk Kaymakcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, C.Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb. Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir müavini Faruk Kaymakçı isə öz növbəsində nazir Mevlüt Çavuşoğlunun salamlarını çatdırıb. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd edib.

Nazir müavini, həmçinin Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın yardımını yüksək qiymətləndirərək bu xüsusda təşəkkürünü ifadə edib.

Tərəflər, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Keneşi və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.