Press "Enter" to skip to content

Fahrettin Altun: 12 sentyabr demokratiyamızın qara ləkəsidir

Fahrettin Altun

Son yeniləmə: 13 Sentyabr 2021 13:30

Bayraqdar.info – “Millətin iradəsinə zərbə vurularaq demokratiya və insan hüquqlarının heçə sayıldığı 12 sentyabr demokratiyamızın qara ləkəsidir.”

Bunu Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının rəhbəri Fahrettin Altun 12 sentyabr dövlət çevrilişinin 41-ci ildönümü münasibətilə “Twitter” hesabındakı paylaşımında qeyd edib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 13-də Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, F.Altun 15 iyul müqavimətinin türk millətinin bir daha 12 mart, 12 sentyabr və 28 fevral kimi iradələrini heçə sayan cəhdlərə icazə verməyəcəyini göstərdiyini vurğulayıb.

F.Altun həmçinin 12 sentyabr çevrilişi ilə bağlı bir video da paylaşıb. Videoda 12 sentyabrda 650 min nəfərin saxlanıldığı, 1 milyon 683 nəfərin təqiblərə məruz qaldığı, 210 min nəfər haqqında cinayət işi açıldığı, minlərlə insanın vətəndaşlıqdan çıxarıldığı və həbsxanalarda işgəncələrə məruz qalaraq öldüyü, 50 nəfərin isə xuntaçılar tərəfindən edam edildiyi bildirilib.

17 yaşlı Erdal Erenin xuntaçıların qərarı ilə yaşı böyüdülərək Ankara Ulucanlar həbsxanasında edam edildiyi xatırladılan videoda “15 iyulda millətimiz yeni “12 sentyabrlara” icazə verməyəcəyini bütün dünyaya elan etmişdir. Bu gün türk milləti 12 sentyabr xuntasının qurbanlarının əziz xatirələrini qorumağa və bu torpaqları möhkəm gələcəyə hazırlamaq üçün inamla addımlamağa davam edir”, – ifadələrinə yer verilib.

Mission News Theme by Compete Themes.