Press "Enter" to skip to content

KKTC-yə getmək istəyənlərin nəzərinə

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər Ali Komitəsi yeni qərarlarını açıqlayıb. BRT-verdiyi məlumata əsasən, yeni qərarlara görə KKTC-yə hava-dəniz yolları ilə və ada xaricindən quru sərhəd qapılarından istifadə edərək giriş edəcək şəxslərin hansı addım atmalı olduqları müəyyənləşib.

Belə ki, həmin şəxslər KKTC-yə giriş meyarları nəzərə alınaraq (səfərdən əvvəl son 72 saat ərzində mənfi PCR testi nəticəsi) səfərdən əvvəl adapass.gov.ct.tr ünvanından sərnişin formasını dolduraraq QR kod almalıdırlar. Yalnız bu halda onlar KKTC-yə giriş edə bilərlər. Bunu edə bilməyənlər yalnız sentyabrın 27-dək lazımi sənədlərlə KKTC-yə girə biləcəklər.

O da bildirilib ki, QR kodu əldə edərək ölkəyə daxil olanlar sürətli tranzit imkanından istifadə edə biləcəklər. Sayta daxil olan KKTC vətəndaşlarının “ADAPASS”, Türkiyə vətəndaşlarının “HEALTHPASS”, AB vətəndaşlarının “GREENPASS” və İngiltərə vətəndaşlarının “NHS QR” kodlu sənədləri ölkəyə girdikdən sonra yoxlanılacağı üçün bu sənədləri özləri ilə gətirməlidirlər.

Digər ölkələrin vətəndaşları, etibarlı peyvənd kartlarını və ya PCR test nəticələrini tətbiqdə göstərilən hissəyə əlavə etməlidirlər. Əlavə edilmiş sənədlər ölkəyə giriş zamanı yoxlanılacağından insanlar özləri ilə götürməlidirlər. Bu qaydalar 18 yaş və yuxarı olanlar üçün məcburi olacaq.

Mission News Theme by Compete Themes.