Press "Enter" to skip to content

MDB Oyunlarının iştirakçıları ilə görüş

Bayraqdar.info – Azərbaycan Muay-tay Federasiyasının ofisində birinci MDB Oyunlarının iştirakçıları ilə görüş olub.

Bu barədə sentyabrın 13-də bayraqdar.info-ya Federasiyadan xəbər verilib.

“Federasiyanın prezidenti Azər Həsənsoy komanda üzvlərini təbrik edərək, bəzi çatışmamazlıqları diqqətə çatdırıb. Federasiyanın vitse-prezidentləri Ramiz Quliyev və Namiq Əsgərov idmançılara uğurlar arzulayıblar.

“Daha sonra komanda üzvlərinə federasiyanın hədiyyələri təqdim olunub.

“Xatırladaq ki, 6 idmançı ilə yarışda təmsil olunan milli komanda iki gümüş və eyni sayda bürünc medal qazanıblar”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.