Press "Enter" to skip to content

Ersin Tatar: Federal həll yolu mümkün deyil

Bayraqdar.info – “Artıq federasiya olmayacaq. Yalnız suveren bərabərliyə, yan-yana yaşayan iki dövlətin əməkdaşlığına əsaslanan bir razılaşma ola bilər.”

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, səlahiyyət müddətinin başa çatması ilə əlaqdar BMT Baş katibinin Kıbrıs özəl təmsilçisi Elizabeth Speharı qəbul edən E.Tatar adanın gələcəyinə yönəlik maraqlı mesajlar verib.

“Federal həll yolu mümkün deyil” deyən KKTC Cümhurbaşqanı Kıbrıs türk tərəfinin adada əbədi sülhün əldə edilməsi məsələsindəki mövqeyini yenidən bəyan edib.

E.Tatarla E.Spehar arasında təkbətək davam edən bir saatlıq görüş sonra Cümhurbaşqanının xüsusi nümayəndəsi və Baş müzakirəçi Ergün Olgun və komandasının iştirakı ilə davam etdirilib.

Görüşdən sonra mətbuata açıqlama verən E.Tatar bildirib ki, E.Spehar pandemiya dövründə uzun müddət bağlı olan iki tərəf arasındakı qapıların açılmasında önəmli rol oynayıb: “Qapıların açılmasından əvvəl ikitərəfli texniki komitələrin fəaliyyətində də E.Spehar və komandasının xüsusi rolu olub”.

Bir həftədən sonra Nyu-Yorkda olacağını xatırladan E.Tatar orada hansı mövqe sərgilənəcəyini də bildirib: “Orada müxtəlif görüşlər olacaq. Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşlə görüş olacaq. Mən hörmətli E.Spehara Kıbrıs türk tərəfinin mövqeyində heç bir dəyişikliyin olmadığını və olmayacağını bildirdim. Bizim beynəlxalq birlikdən və Birləşmiş Millətlər Təşkilatından tələbimiz artıq bərabərlik əsasında razılaşmanın qəbul edilməsidir”.

Mission News Theme by Compete Themes.