Press "Enter" to skip to content

Estoniyada diasporumuzdan birlik və bərabərlik nümayişi

Bayraqdar.info – 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərinin, erməni vandalizminin dünya, o cümlədən Estoniya ictimaiyyətinə çatdırılması üçün diasporumuz birlik və həmrəylik nümayiş etdirib, fədakarlıq göstərib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı parlaq Qələbə dünya azərbaycanlılarına böyük sevinc bəxş edib. Bu fikirlər Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Estoniyada yaşayan azərbaycanlılarla keçirilən görüşdə bildirilib. Görüş ölkəmizin Estoniyadakı səfirliyinin təşəbbüsü ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya sentyabrın 14-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə xaricdə yaşayan həmvətənlərimizin tarixi vətənlərinin milli maraq və mənafeyininin qorunması istiqamətində gördükləri işə nəzər salınıb, həyata keçirilən fəaliyyətin önəmi vurğulanıb.

Tədbir iştirakçıları hazırda informasiya savaşında fəallıq göstərməyin, ermənilərin və onların havadarlarının uydurmalarının və saxta xəbərlərinin qarşısının alınmasının böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar. Görüşdə Azərbaycanla Estoniya arasında mövcud dostluq əlaqələrinin gələcək inkişaf perspektivlərindən söhbət açılıb. Bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün Estoniyada yaşayan azərbaycanlıların yerli cəmiyyətə sıx inteqrasiyasının, ardıcıl və sistemli fəaliyyətinin vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan Evi ilə birgə tədbirlərinin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.