Press "Enter" to skip to content

“Məşğulluq marafonu”na 500-dək işəgötürən qoşulub

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başlanılan “Məşğulluq marafonu”nda iştirak edənlərin sayı gündən-günə artır.

Bu barədə bayraqdar.info-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, marafona qoşularaq şəhid ailələrinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatına dəstək olan işəgötürənlərin sayı artıq 499-dur: “Korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış edərək mühüm sahədə öz töhfələrini verən həmin işəgötürənlərin 262-i dövlət, 237-si özəl müəssisələrdir”.

Vurğulanıb ki, işəgötürənlər tərəfindən elektron sistemə 2388 vakansiya daxil edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında 671 nəfər (o cümlədən 117 şəhid ailəsi üzvü və 554 qazi) işlə təmin olunub. Hazırda həmin kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları keçidə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.