Press "Enter" to skip to content

Qazi göstərilən dəstəyə görə təşəkkür edib – VİDEO

Bayraqdar.info – Xəbər verdiyimiz kimi “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən həkimlərin, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilər müalicə üçün Türkiyəyə göndərilir.

“ASAN xidmət”dən bayraqdar.info-ya verilən məlumata görə, Fond tərəfindən bu günə qədər 130-dan çox qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Onlardan biri də Havil Seyfullayevdir. “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən və sağalaraq Vətənə geri dönən qazi həm döyüş, həm də müalicə dövrü ilə bağlı öz təəssüratlarını bölüşüb. Qazi həmçinin göstərilən dəstəyə görə təşəkkür edib.

Mission News Theme by Compete Themes.