Press "Enter" to skip to content

TƏBİB: Yaqub Zurufçunun vəziyyəti çox kritikdir

Son yeniləmə: 14 Sentyabr 2021 16:57

Bayraqdar.info – Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti çox kritikdir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 14-də TƏBİB-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Yeni Klinika”dan Əməkdar artistin təzyiqinin aşağı düşdüyünü bildiriblər: “Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir”.

Qeyd edək ki, koronavirusa yoluxmuş Əməkdar artist Yaqub Zurufçu bir müddətdir ki, “Yeni Klinika”da müalicə olunur.

Mission News Theme by Compete Themes.