Press "Enter" to skip to content

Belarusdan gələn nümayəndə heyəti ilə müzakirə

Bayraqdar.info – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Belarus Respublikasının “Heyvandarlıqda İnformasiya Sistemləri Mərkəzi”nin məsul şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

AQTA-dan sentyabrın 15-də bayraqdar.info-ya verilən məlumatda deyilir ki, görüşdə ölkəmizdə heyvan sağlamlığının təmin olunması istiqamətində qurulacaq yeni Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) ilə əlaqədar məsələlər müzakirə olunub.

“Tədbirdə Belarusda istifadə olunan heyvanların identifikasiyası və qeydiyyat sisteminin modulları üzrə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Belarusun “Heyvandarlıqda İnformasiya Sistemləri Mərkəzi” dövlət müəssisəsi arasında Azərbaycan ərazisində heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.