Press "Enter" to skip to content

Eskişehir Azərbaycanlılar Dərnəyindən xeyirxah təşəbbüs

Bayraqdar.info – Yarandığı vaxtda uğurlu və səmərəli fəaliyyəti ilə fərqlənən Eskişehir Azərbaycanlılar Dərnəyi ötən müddət ərzində müxtəlif sahələri əhatə edən tədbir və layihələr həyata keçirib. Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsinə dəstək xarakteri daşıyan, həmçinin ölkəmiz haqqında həqiqətlərin qardaş ölkədə, o cümlədən Eskişehirdə daha geniş şəkildə təbliğ edilməsinə yönəlmiş bu tədbirlərin digər bir müsbət təsiri də var. Belə ki, bu kimi tədbir və layihələr Eskişehirdəki soydaşalarımızın daha sıx birləşməsinə xidmət edir.

Bunu bayraqdar.info-ya açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum bu şəhərdə ali təhsil alan azərbaycanlı tələbələri də hər zaman diqqət mərkəzində saxlayır: “Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq Eskişehir universitetlərində təhsil alan azərbaycanlı tələbələr üçün burs verməyi düşünürük. Təbii ki, biz heç də bütün tələbələr üçün burs verə bilmərik. Lakin düşünürük ki, ehtiyacı olan bir qrup tələbəyə burs verək və bu məqsədlə buradakı imkanlı şəxslərə, soydaşlarımıza müraciət etmişik. Əminəm ki, tezliklə bu xeyirxah məqsədimizin reallaşmasının şahidi olacayıq”.

Mission News Theme by Compete Themes.