Press "Enter" to skip to content

KKTC-də xalq iki dövlətli həll variantına dəstək verir

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanlığı xalq arasında sorğu keçirib. Sorğuda məqsəd KKTC Cümhurbaşqanı Ersin Tatarın Nyu-York səfəri öncəsi bəzi strateji məsələlərə xalqın mövqeyini öyrənmək olub.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, sorğunun yekun nəticəsində bu qənaətə gəlinib ki, xalq iki dövlətli həll variantına dəstək verir: “KKTC Cümhurbaşqanlığının sifarişi ilə “Redboorder” araşdırma və sorğu şirkətinin keçirdiyi ictimai rəy sorğusu ilə KKTC xalqının Kıbrıs problemi ilə bağlı mövqe və gözləntiləri araşdırılıb. Şirkət tərəfindən çox mərhələli təbəqələşmiş və təsadüfi üsulla seçilmiş 1010 nəfərlə üz-üzə müsahibə texnikası ilə aparılan araşdırmanın nəticəsində rəyi soruşulanların ən çoxu (49,2 faiz) iki dövlətli həll variantına üstünlük verdiyini bildirib”.

Bundan başqa ümumilikdə rəyi soruşulanların böyük əksəriyyəti Türkiyənin qarantorluğunun və türk əsgərinin adada qalmasının Kıbrısda əbədi sülhün əldə edilməsilə bağlı danışıqların müsbət nəticə verməsində mühüm əhəmiyyət kəsb etdiyini deyib. Eyni zamanda rəyi soruşulanların 54,1 faizi Türkiyənin onlar üçün Ana Vətən anlamına gəldiyini bəyan edib.

Araşdırmanın nəticələrini qiymətləndirən KKTC Cümhurbaşqanlığının siyasi məsələlər üzrə müşaviri Anıl Kaya aşağıdakıları vurğulayıb: “Bu nəticələr bir daha göstərdi ki, cənab Ersin Tatarın Kıbrısla bağlı izlədiyi siyasət ictimaiyyət tərəfindən ciddi şəkildə dəstəklənir”.

Mission News Theme by Compete Themes.