Press "Enter" to skip to content

Müddətli müqavilə ilə növbəti vakansiya seçimi

Bayraqdar.info – Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminə 15 sentyabr saat 11:00-da başlanılacaq.

Sentyabrın 15-də Təhsil Nazilriyindən bayraqdar.info-ya bildirilib ki, 17 sentyabr saat 11:00-dək davam edəcək vakansiya seçimində namizədlərə 4 vakant yer seçmək imkanı veriləcək.

Vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə olunur.

“Qeyd edək ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Həmçinin, tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.