Press "Enter" to skip to content

Xalça Muzeyində mühazirə

Bayraqdar.info – Sentyabrın 17-də Azərbaycan Milli Xalça Muzeyində “Həyatını ilmələrdə yaşadan sənətkar: Zəhra Əliyeva” adlı mühazirə keçiriləcək.

Bu barədə sentyabrın 17-də bayraqdar.info-ya Muzeydən bildirilib.

“Mühazirə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, ölkəmizin tanınmış xalçaçılarından biri, xalça texnologiyalarının mahir bilicisi və tədris ustası Zəhra Əliyevanın doğum gününə həsr olunur.

“Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər. Bunu nəzərə alaraq, iştirak etmək istəyənlər keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

“Məlumat üçün qeyd edək ki, Muzeyə yalnız koronavirusa qarşı I doza peyvənd olunmuş və ya COVID-19 pasportu olan iştirakçıların girişinə icazə verilir. Mühazirə Azərbaycan dilində aparılacaq”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.