Press "Enter" to skip to content

Yeni tədris ilində 158 min 608 şagird I sinfə gedəcək

Bayraqdar.info – 2021-2022-ci tədris ilində Respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Sentyabrın 15-də Təhsil Nazirliyindən bayraqdar.info-ya bu barədə məlumat verilib.

Məlumatda bildirilir ki, ümumtəhsil məktəblərinin 1-ci sinfində 158 min 608, 9-cu sinfində 132 min 881, 11-ci sinfində isə 91 min 538 şagird təhsil alacaq.

“Hazırda Respublikada 309 ibtidai məktəb, 3 min 333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4 min 435 məktəb fəaliyyət göstərir.

“2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 milyon 30 min 264 nüsxə dərslik çap olunub”, – deyə Nazilriyin məlumatında qeyd edilir.

Mission News Theme by Compete Themes.