Press "Enter" to skip to content

DSMF: Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənildi

Bayraqdar.info – Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, DSMF tərəfindən sentyabr ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb. Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Mission News Theme by Compete Themes.