Press "Enter" to skip to content

“Media və təhsil dialoqu” təlimi öz işinə başlayıb – VİDEO

Bayraqdar.info – Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 16-da Təhsil Nazirliyindən xəbər verilib.

“Təlimin ilk günü “Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər”, “Tədrisdə məzmun yenilikləri”, “Yeni tədris ilinə hazırlıq”, “Təhsil nazirliyinin elektron xidmətləri”, “Portal.edu.az”, “STEAM layihəsi”, “Rəqəmsal bacarıqlar yeni tədris ilində”, “Müəllimlərin işə qəbulu müsabiqəsi” və “Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı” mövzularında təqdimatlar olacaq.

“Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. Təlim işini davam etdirir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.