Press "Enter" to skip to content

Xarkovda Nizami Gəncəvi abidəsinin açılışı

Son yeniləmə: 16 Sentyabr 2021 14:10

Bayraqdar.info – Nizami ili çərçivəsində Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda dahi şairimiz Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidə Ukrayna-Azərbaycan dostluğu küçəsində ucaldılıb.

Bu barədə bayraqdar.info-ya sentybarın 16-da ölkəmizin Xarkovdakı konsulluğundan məlumat verilib.

Bildirilib ki, Nizami abidəsinin müəllifi Ukraynanın xalq rəssamı, Azərbaycanlı Katib Məmmədovdur. Abidənin və onun yerləşdiyi parkın yenidən qurulması işləri Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov tərəfindən həyata keçirilib.

Abidənin açılış mərasimində Nizami Mərkəzinin direktoru, Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Rüfət Quliyev və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova iştirak edib.

O da vurğulanıb ki, abidənin yerləşdiyi park Dəmiryolu Universteti və Aqrar Universtetin arasında yerləşir:

“Bu da təhsil alan gənclərin Nizami ilə yaxından tanış olmalarına imkan verəcək. Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov qeyd edib ki, bura intelektual güc mərkəzi olacaq, tələbələr düşünə, fikirlərini toplaya və daha ciddi işlər üzərinə köklənə biləcəklər”.

Qeyd edək ki, tədbirdə Azərbaycanın fəxri konsulluğunun təşkilatçılığı ilə Xarkov Filarmoniyasının Orqan zalında Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfonik musiqi konserti keçirilib. Konsertin dirijoru Yalçın Adıgözəlov olub.

Mission News Theme by Compete Themes.