Press "Enter" to skip to content

“ABAD”dan xalçaçılıq üzrə online master klasslar

Bayraqdar.info – Xalçaçılıq sənətinin inkişaf etdirilməsi istiqamətində “ABAD” publik hüquqi şəxs tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. “ABAD”dan xalçaçılıq üzrə xüsusi online master klasslar və təlimat kitabçasının yaradılması da bu cür tədbirlərdəndir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 17-də “ABAD”dan məlumat verilib.

Bildirilib ki, master klasslar Azərbaycanın əməkdar mədəniyyət işçisi, xalça mütəxəssisi Zəhra Gülbala qızı Əliyeva tərəfindən keçirilir. Tədris zamanı xalçaların təsnifatı və xalça qrupları, dəzgahlar, alətlər, iplər, boyama, texnikalar və s. haqqında ətraflı məlumat əldə etmək olar.

Online master klasslar 7 hissəli video və təlimat kitabçasından ibarətdir.

Mission News Theme by Compete Themes.