Press "Enter" to skip to content

Ağrıdağa yürüş

Bayraqdar.info – Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib. Yürüş Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü ilə baş tutub.

Bu barədə bayraqdar.info–ya sentyabrın 17-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, yürüş iştirakçıları qarşısında çıxış edən dərnək sədri Ziya Zakir Acar Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsi günü ilə əlaqədar hər il müxtəlif tədbirlərin keçirildiyini deyib. Qeyd edilib ki, dərnək üzvlərinin ötən il Tekelti dağına, bu il isə Ağrıdağa təşkil etdikləri yürüş Qafqaz İslam Ordusunun döyüşçülərinə sonsuz ehtiramın təcəssümüdür.

Dərnək sədri Qafqaz İslam Ordusunun qəhrəmanlıq ənənələrini davam etdirən şanlı Azərbaycan Ordusunun ötən il, 44 gün ərzində işğalçı Ermənistanın ordusunu darmadağın edərək əzəli Azərbaycan torpaqlarını azad etdiyini xatırladıb. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan parlaq Zəfərin bütün Türk Dünyasını qürurlandırdığını qeyd edib.

“Qətiyyətli və əzmli mövqeyinə görə hörmətli Prezidentimiz İlham Əliyevə, Azərbaycana göstərdiyi tam dəstəyə görə hörmətli Prezidentimiz Rəcəp Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk. Ermənilərin dilindən düşməyən Ağrıdağdan səslənirik: Qarabağ Azərbaycandır!”, – deyə Z.Z.Acar bildirib.

Mission News Theme by Compete Themes.