Press "Enter" to skip to content

“Media və təhsil dialoqu” təliminin II günü

Bayraqdar.info – Sentyabrın 17-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin II günü davam edib.

Xəbər sentyabrın 17-də Təhsil Nazirliyindən bayraqdar.info-ya verilib.

“Təlimin II günü “Pandemiya dövründə təhsilin inkişafı və əlçatanlığı istiqamətində həyata keçirilən tədbirlər”, “Azərbaycan gəncləri üçün xaricdə keyfiyyətli təhsil”, “”2019-2023 Dövlət Proqramı” üzrə xaricdə doktorantura təhsili”, “Peşə təhsili”, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması”, “Məktəbdə inspeksiyaların aparılması” və s. mövzularında təqdimatlar olacaq.

“Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. Təlim işini davam etdirir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.