Press "Enter" to skip to content

Ersin Tatar: Kıbrıs türk xalqı qazi bir xalqdır

Ersin Tatar

Bayraqdar.info – “Türkiyə Böyük Millət Məclisi tərəfindən 19 sentyabr 1921-ci ildə Mustafa Kamal Atatürkə “Qazi” adının verildiyi günün ildönümünü Qazilər günü olaraq türk milləti ilə birlikdə qeyd etməkdəyik. Bu böyük və mənalı günü Vətən bildiyimiz bu torpaqlarda əbədi olaraq qeyd etməyə davam edəcəyik.”

Bu sözlər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın Qazilər günü münasibətilə yayımladığı mesajda öz əksini tapıb.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar açıqlamasında bir daha dövlətdən və suverenlikdən vaz keçilməyəcəyini, şəhidlərin və qazilərin fəadakarlıqlarının unudulmayacağını bildirib: “Türk milləti tarix boyu azad və müstəqil yaşamaq uğrunda şəhid və qazi olmağı seçərkən, Kıbrısda bir əsrdən çox davam edən azadlıq və müstəqillik mübarizəsində Kıbrıs türk xalqı bütün mənfi şərtlərə və hücumlara qarşı inanılmaz müqavimət göstərərək ən böyük və şərfli ad olan qazilik adını əldə etmişdir”.

Cümhurbaşqanın mesajında həmçinin bildirilib: “Xalqımızın öz vətənində azad və suveren yaşaması üçün həyatını riskə atan qazilərimiz ən böyük dəyərimizdir. Bir daha bildirirəm ki, biz həmişə onların yanındayıq”.

Mission News Theme by Compete Themes.