Press "Enter" to skip to content

İşəgötürənlərin sayı 500-ü keçib

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 507-ə çatıb. Onların 265-i dövlət, 242-si özəl müəssisələrdir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 18-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsində yaralanmış qazilərin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona işəgötürənlər tərəfindən artıq 2489 vakansiya təqdim edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 715 nəfər (o cümlədən 118 şəhid ailəsi üzvü və 597 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlar isə özləri haqqında məlumatları keçidə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.