Press "Enter" to skip to content

İşlər davamlı xarakter daşıyacaq

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsinə başlayıb. Sentyabrın 15-də layihəyə ilk olaraq Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərləri, Beyləqan, Quba, Şamaxı, Tərtər və Bərdə rayonlarında yerləşən Şəhidlər Xiyabanlarında təmizlik və abadlıq işlərinin aparılması ilə başlanılıb.

Dövlət Məşğulluq Agentliyindən bayraqdar.info-ya verilən məlumata görə, layihə çərçivəsində növbəti mərhələlərdə aşağıda göstərilən ərazilərdə müvafiq işlər görüləcək: “Layihə çərçivəsində 2 ay müddətində Bakı şəhəri üzrə Novxanı, Türkan, Hövsan, Şıxov, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan, Zuqulba, Pirşağı və Sumqayıt çimərliklərdə, 4 ay müddətində isə Göygöl rayonu üzrə Göygöl və Maralgöl Milli Parkı, Lənkəran rayonu üzrə Hirkan Milli Parkı, Salyan rayonu üzrə Şirvan Milli Parkında təmizlik və abadlıq işləri aparılacaq. Habelə layihə çərçivəsində 2 ay müddətində Tərtər, Bərdə, Siyəzən, Xaçmaz, Şəmkir, Tovuz, Yevlax, Zərdab, Ağdaş, Saatlı, Sabirabad, Ağcabədi, Lənkəran, Masallı rayonlarında ağacəkmə kampaniyası təşkil ediləcək”.

Məlumatda o da bildirilib ki, layihənin əsas məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, işçi qüvvəsinin əməyindən səmərəli istifadə edilməsi, ictimai yerlərin abadlaşdırılması, ekoloji təmizliyə, yaşıllıqların artırılmasına töhfə verilməsidir.

Mission News Theme by Compete Themes.