Press "Enter" to skip to content

RTÜK-dən yayımçılara müjdə

Bayraqdar.info – Türkiyənin Radyo və Televizyon Üst Kurulu (RTÜK), türk dilini ən doğru, gözəl və başa düşülən şəkildə istifadə edən yayımçıları mükafatlandırmaq qərarına gəlib. Türkiyə mediasının məlumatına görə, qurumdan bununla bağlı açıqlama verilib.

Verilən açıqlamaya görə, RTÜK, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın başlatdığı “Dünya dili türkçə” səfərbərliyindən sonra elan edilən “Yunus Emre və türkcə ili” çərçivəsində çeşidli tədbrilər keçirir.

“Türkcənin yayımlarda düzgün, gözəl və başa düşülən istifadəsinə son dərəcə əhəmiyyət verən RTÜK, yayım xidmətlərində dilin istifadəsini izləməklə yanaşı, həm də audiovizual mediada türkcənin düzgün istifadəsini təmin etmək üçün müxtəlif işlər həyata keçirir”, – deyə açıqlamada bildirilir.

Bu çərçivədə “Radio və Televiziyada düzgün, gözəl və anlaşılan türkcənin istifadəsini tanıtma layihəsi”ni həyata keçirən RTÜK, bu ilin əvvəlində isə “Yunus Emre və türkcə ili” çərçivəsində Türk Dil Qurumu ilə birlikdə vizual və səsli media türkcənin doğru və gözəl istifadəsinin təbliğinə yönəlik bir əməkdaşlıq protokolu imzalayıb.

Beləliklə, RTÜK, vizual və səsli media sahəsində türkcənin düzgün, gözəl və başa düşülən istifadəsini təşviq etmək üçün müxtəlif kateqoriyalarda “gözəl və düzgün türkçe istifadəsi” ilə bağlı mükafatlar verməyə qərar verib.

Yayım təşkilatlarına müraciət edən RTÜK mükafata namizəd olacaq proqramların adlarının və yayım tarixlərinin 30 sentyabr 2021-ci ilin sonuna qədər təqdim edilməsini istəyib.

Təqdim olunan proqramlar, RTÜK-də qurulacaq və türkcə məsələsində Türkiyənin ən tanınmış şəxslərindən ibarət seçim komitəsi tərəfindən araşdırılacaq. Araşdırmadan sonra qərar veriləcək və mükafata layiq bilinən yayımçılar təşkil ediləcək mərasimdə mükafatlarını alacaqlar.

Mission News Theme by Compete Themes.