Press "Enter" to skip to content

Türkiyədən birgə bəyanata etiraz

Bayraqdar.info – Türkiyə Avropa Birliyinin üzvü olan Cənubi Avropa Ölkələri (MED9) Zirvəsinin sonunda yayımlanan ortaq bəyanata etiraz edib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, etiraz Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç tərəfindən dilə gətirilib. O, MED9 Zirvəsinin sonunda qəbul edilən ortaq bəyanatla bağlı suala yazılı cavabında Aİ-nin 9 üzvü (Fransa, Güney Kıbrıs, İspaniya, İtaliya, Malta, Portuqaliya, Sloveniya, Yunanıstan) tərəfindən dünən Afinada keçirilən zirvə nəticəsində dərc olunan birgə bəyanatın Şərqi Aralıq dənizi, Kıbrıs və qeyri-qanuni köçlə bağlı bölmələrin qərəzli, reallıqdan kənar olduğunu deyib: “Sözügedən bəyanata imza atan AB ölkələrini, həmrəylik pərdəsi altında Yunanıstan və GKRY-in (Kıbrıs rum tərəfi-N.G) kor-koranə arxasınca getdikləri birtərəfli münasibətlərindən əl çəkməyə dəvət edirik”.

Mission News Theme by Compete Themes.