Press "Enter" to skip to content

Türk dünyası rektorları Bakıda bir araya gələcək

Bayraqdar.info – 19-cu Beynəlxalq Türk Dünyası Sosial Bilimlər Konqresi 27-29 sentyabrda Bakıda keçiriləcək.

Bu barədə bayraqdar.info-ya Türk Dünyası Araşdırmaları Vəqfindən məlumat verilib.

Bildirilib ki, bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin ev sahibliyi edəcəyi Konqresin məqsədi türk dünyasının ixtisaslı elm və dövlət adamlarını bir araya gətirərək, sosial elmlər sahəsində məlumat, fikir və təklifləri bölüşmək, türk dünyasının problemlərinin həlli yollarını axtarmaq və müasir gələcəyinə işıq salmaqdır: “Pandemiya səbəbilə onlayn olaraq keçiriləcək Konqresdə türk dünyasının elm adamları, tanınmış rektorlar açılışda birbaşa iştirak edəcək. Belə ki, Türk Tarix Qurumu Başqanı Prof. Dr. Birol Çetin, ÖSYM Başkanı Prof. Dr. Halis Aygün, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Prof. Dr. Ədalət Muradov, Sakarya Universitenin rektoru Prof. Dr. Fatih Savaşan, Ankara Hacı Bayram Universitenin rektoru Prof. Dr. Yusuf Tekin, İzmir Yüksek Teknoloji Universitetinin rektoru Prof. Dr. Yusuf Baran, Niğde Ömer Halisdemir Universitetinin rektoru Prof. Dr. Muhsin Kar, Qırgızıstan Türk-Qırğız Manas Universitetinin rektoru Prof. Dr. Alpaslan Ceylan, Quzey Makedoniya Vizyon Universitetinin rektoru Prof. Dr. Fadıl Hoca, Qazaxıstan Miras Universitetinin rektoru Prof. Dr. Bolat Mırzaliyev, Ankara Qazi Universitetinin rektor vəkili Prof. Dr. Fahri Temizyürek, Türk Dünyası Araşdırmaları Vəqfi Başqanı Közhan Yazgan, TUDİFAK-ın keçmiş dekanı Prof. Dr. İsmail Tatlıoğlu, TÜRKSAM fəxri Başqanı və TUDİFAK-ın keçmiş dekanı Dr. Sinan Oğan, Konqres Koordinatoru Prof. Dr. A.Vecdi Can (Sakarya Universiteti), Türk Dünyası İqtisad Fakültəsi dekanı Prof. Dr. Mehmet Yüce Konqresin açılışına qatılacaqlar. Onlar türk dünyasının üfüqünü açacaq son dərəcə faydalı fikirlər ortaya qoyub yol göstərəcəklər. Açılışdan sonra Konqres öz işini onlayn davam etdirəcək”.

O da vurğulanıb ki, qonaqlar iyulun 28-də Azərbaycanın işğaldan azad etdiyi Qarabağa səfər edəcəklər.

Mission News Theme by Compete Themes.