Press "Enter" to skip to content

Yeni dərs ilində “Zəfər tarixi” də tədris olunacaq

Bayraqdar.info – 2021-2022-ci tədris ilində şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 milyon 30 min 264 nüsxə dərslik çap olunub.

Ümumi təhsil müəssisələrinin 1-ci sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin 2-ci və 6-cı siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 20-də Təhsil Nazirliyindən xəbər verilib.

Xəbərdə qeyd edilib ki, ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.

“Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün 1-ci sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Математика” dərslikləri, həmin dərsliklərlə müəllim və valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.

“Bundan başqa, tədris Azərbaycan və rus dillərində olan ümumtəhsil müəssisələrinin 2 və 6-cı sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.

Mission News Theme by Compete Themes.