Press "Enter" to skip to content

Bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi

Bayraqdar.info – Ölkəmizdə vətəndaşalrın, o cümlədən pensiyaçıların sosial müdafiəsi diqqət mərkəzindədir. Zaman-zaman bu istiqamətdə müvafiq addımlar atılır. O cümlədən müavinət, təqaüd və pensiyaların vaxtında ödənilməsi də diqqət mərkəzində saxlanılır.

Xəbər veriyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərfindən ölkə üzrə pensiyalar sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödənilib.

Sentyabrın 24-də isə ölkə üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə bayraqdar.info-ya sentyabrın 21-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Mission News Theme by Compete Themes.