Press "Enter" to skip to content

Dünya Məktəblilərindən İdman Oyunlarında uğurlu nəticələr

Bayraqdar.info – 11-19 sentyabr 2021-ci il tarixlərində Serbiyanın Belqrad şəhərində Dünya Məktəblilərinin İdman Oyunları keçirilib.

Bu barədə sentyabrın 21-də bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.

“Oyunların sərbəst güləş idman növü üzrə yarışında “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 saylı uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Sadiq Hüseynov və Camal Abbasov I yerə, Elton Məmmədov, Elgün Məmmədov, Rəvan Rəhimli, İsmayıl Əsədli II yerə, İsa Yusubov və Abdulla İbrahimov III yerə çıxıb.

“Qeyd edək ki, Dünya Məktəblilərinin İdman Oyunlarında ölkəni təmsil edən komandaların tərkibində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən karate, cüdo və sərbəst güləş idman növləri üzrə 24 idmançı iştirak edib. Onlardan 2 nəfəri qızıl, 7 nəfəri gümüş, 7 nəfəri isə bürünc medal qazanıb”. Xəbərdə belə bildirilir.

Mission News Theme by Compete Themes.