Press "Enter" to skip to content

15 azərbaycanlı “Türkiye Bursları” çərçivəsində təqaüd qazanıb

Bayraqdar.info – “15 azərbaycanlı 2021-2022-ci tədris ili üzrə “Türkiye Bursları” çərçivəsində Türkiyənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb.

Bu barədə xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

Xəbərdə qeyd edilir ki, bu, 23 fevral 2021-ci il tarixində Təhsil Nazirliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində baş tutub. Təqaüdə layiq görülən 15 nəfər iqtisadiyyat, tibb, kompüter elmləri, mühəndislik və təbiət elmləri ixtisas istiqamətləri üzrə “Ankara Universitesi”, “Bursa Uludağ Universitesi”, “İstanbul Üniversitesi”, “Ege Üniversitesi”, “Yıldız Teknik Üniversitesi”, “Gazi Üniversitesi” və digər universitetlərdə təhsil alacaqlar.

“Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 16 yanvar 2021-ci il tarixində verilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.