Press "Enter" to skip to content

512 işəgötürən tərəfindən 2 min 518 vakansiya

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 512-ə çatıb. Onların 268-i dövlət, 244-ü özəl müəssisələrdir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 22-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsində yaralanmış qazilərin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona işəgötürənlər tərəfindən artıq 2 min 518 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 736 nəfər (o cümlədən 122 şəhid ailəsi üzvü və 614 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanları isə özləri haqqında məlumatları keçidə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.