Press "Enter" to skip to content

Beynəlxalq təşkilatda 3 aylıq staj proqramı

Bayraqdar.info – Mənzil-qərargahı Almaniya Federativ Respublikasının Hamburq şəhərində yerləşən Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın (ITLOS) Katibliyi tərəfindən inkişaf etməkdə olan ölkələrin tələbələri və yeni məzun olmuş şəxslər üçün staj imkanları təklif olunur. 3 aylıq staj proqramı beynəlxalq münasibətlər, hüquq, ictimaiyyətlə əlaqələr, siyasi elmlər və başqa sahələri əhatə edir. Proqrama müraciət etmək istəyən namizədlər ingilis və ya fransız dilini bilməlidir.

Xəbər bayraqdar.info-ya sentyabrın 22-də Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə qeyd edilir ki, proqrama müraciət üçün son tarix 30 sentyabr 2021-ci il nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.