Press "Enter" to skip to content

Mustafa Şentop Avropa Birliyini tənqid edib

Bayraqdar.info – Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Avropa Birliyinin immiqrasiya problemi, İslamofobi və Şərqi Aralıq dənizi ilə bağlı siyasətini tənqid edib. Bu siyasətin tutarsız, qeyri-real və qərəzsizlikdən uzaq olduğunu deyib.

Türkiyə mətbuatının məlumatına görə, 27 ildən sonra Böyük Millət Məclisinin sədri statusunda İspaniyaya ilk səfərini edən M.Şentop, paytaxt Madriddə mətbuata açıqlamalar verib.

M.Şentop, Şərqi Aralıq dənizindəki problemlərlə əlaqədar olaraq, “Şərqi Aralıq dənizini Şərqi Aralıq dənizlilərinə buraxmaq faydalı olardı. Yunanıstan Şərqi Aralıq dənizində deyil, Fransanın bununla heç bir əlaqəsi yoxdur. Amma nədənsə, Şərqdə Aralıq dənizinin adı çəkilincə hər kəsin iştahı yüksəlir və ora gəlirlər”, – deyib. O, hər kəsi beynəlxalq hüquqlara sayğı duymağa çağırıb. Bildirib ki, Türkiyə hər zaman qanun çərçivəsində hüquqlarını qorumaq və müdafiə etmək gücünə malikdir”.

“Beynəlxalq çərçivədə hüquqlarımızı bildiyimiz üçün, bu məsələləri kimliyindən asılı olmayaraq, müzakirə etməkdə özümüzə güvənirik və cəsarətimiz var. Bu kontekstdə AB-nin Türkiyə ilə münasibətlərini yalnız Yunanıstan və Kıbrıs rum tərəfinin şıltaqlıqlarına uyğun qurması çox vahiməli bir tablodur. Bunu Avropa Birliyinin bir ayıbı olaraq görürəm”, – deyə o, əlavə edib.

Mission News Theme by Compete Themes.