Press "Enter" to skip to content

Tədris ilinin ilk günü

Bayraqdar.info – Ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Qeyd edilən siniflər üzrə 643 min 333 nəfər şagird ənənəvi tədrisə başlayıb.

Bu barədə Təhsil Nazirliyindən sentyabrın 22-də bayraqdar.info-ya məlumat verilib.

Məlumatda deyilir ki, 2021-2022-ci tədris ilində Respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird təhsil alacaq.

“Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

“2021-2022-ci tədris ilində I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

“Yeni tədris ilinin ilk gününədək 5 əsaslı təmir olunan, 17 yeni tikilən, 15 modul tipli məktəb istifadəyə verilib.

“Qeyd edək ki, sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində də ənənəvi şəkildə tədrisə başlanılacaq”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.