Press "Enter" to skip to content

Avropa mobillik həftəsi çərçivəsində konfrans

Bayraqdar.info – Avropa mobillik həftəsi çərçivəsində “Dayanıqlı şəhər mobilliyi, sağlamlıq və təhlükəsizlik” mövzusunda konfrans keçirilib. Konfrans Avropa Komissiyasının təşəbbüsü ilə keçirilən Avropa Mobillik həftəsinin Bakı şəhərində qeyd olunması və onun nəticələrinə həsr edilib. Görüşdə Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva, BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Ofisinin rəhbəri Tarek Çeniti, eyni zamanda yerli və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Məlumat sentyabrın 23-də bayraqdar.info-ya BNA-dan verilib.

“Tədbirdə BNA-nın Aparat rəhbəri Gülşən Rzayeva çıxış edərək bildirib ki, Azərbaycan Avropa İttifaqı, BMT-nin müxtəlif strukturları və digər beynəlxalq təşkilatlarla bütün istiqamətlərdə sıx əməkdaşlıq edir. Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasətin əsasını insan inkişafı və vətəndaş məmnuniyyətinin təmin edilməsi təşkil edir. Avropa Mobillik Həftəsi çərçivəsində keçirilən tədbirlər, həmçinin, təhlükəsizlik və şəhər mobilliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri də piyada təhlükəsizliyinin artırılmasına və şəhər nəqliyyatına müasir yanaşma haqqında maarifləndirməyə yönəlib.

“Bu il 50-dən artıq ölkədən, 3 mindən çox şəhərdən 600-ə yaxın təşkilat “Dayanıqlı mobilliklə təhlükəsizlik və sağlamlıq” mövzusunda keçirilən mobillik həftəsini qeyd edib. BNA ilk dəfə paytaxt Bakını bu kampaniyada təmsil edib. 16-22 sentyabr tarixlərində BNA-nın Nəqliyyat Könüllüləri Proqramı Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birlikdə şəhərdə müxtəlif maarifləndirmə və təşviqat tədbirləri təşkil edib.

“Görüşdə eyni zamanda bildirilib ki, ictimai nəqliyyat hər bir şəhərin nəqliyyat sisteminin əsasını təşkil edir və ictimai nəqliyyatın rahatlığı və keyfiyyətinin artırılması bizim əsas vəzifələrdəndir. Görüşdə BNA tərəfindən son illərdə görülən işlər barədə məlumat verilib. Vurğulanıb ki, aktiv mobilliyin təmin edilməsi, eyni zamanda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəticəsində 2020-ci ildə 2019-cu illə müqayisədə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı 20% azalıb”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.