Press "Enter" to skip to content

Bu, yunan və rum tərəflərinin fanatizm və dözümsüzlük səviyyəsini göstərir

Son yeniləmə: 23 Sentyabr 2021 21:52

Bayraqdar.info – “Nyu-Yorkda sentyabrın 20-də Türkevinin açılışına qatılan Amerika Baş yepiskopu Elpidoforosa qarşı göstərilən əks-reaksiyanı və çirkin hücumları üzüntü ilə qarşılayırıq.”

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, yunan-rum liderliyi ilə Baş yepiskopa edilən hücumları dəyərtləndriən E.Tatar daha sonra deyib: “Bu cür qəbuledilməz hərəkətləri qınayırıq və beynəlxalq birliyin lazımi nəticələr çıxarmasını gözləyirik”.

Vurğulanıb ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın dəvəti ilə BMT Baş katibinin də qatıldığı bu toplantıya ən böyük iki səmavi dinin təmsilçilərinin də qatılması dünya sülhü üçün alqışlanması lazım olan bir davranışdır. Lakin yunan-rum ikilisinin buna əks reaksiya verməsi, hətta reaksiyanı yunan-rum liderlərinin Baş yepiskopla görüşməkdən imtina etməsi səviyyəsinə çatdırılması üzücü bir haldır. Qeyd edilib ki, əslində, siyasi motivli bu hərəkətlər yunan və rum tərəflərinin fanatizm və dözümsüzlük səviyyəsini göstərir.

Mission News Theme by Compete Themes.