Press "Enter" to skip to content

Nazir ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

Bayraqdar.info – Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində görüşləri davam edir. Növbəti görüş sentyabrın 22-də İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə olub.

Bu barədə bayraqdar.info-ya sentyabrın 23-də XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb. Bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu qeyd edilib.

Nazir C.Bayramov bölgədə olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış və digər məsələlər barədə həmkarına məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsi ətrafinda fikir mübadiləsi aparılıb.

Nazirlər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri, habelə ATƏT-in Nazirlər Şurasının toplantısına hazırlıq məsələlərini müzakirə ediblər.

Həmçinin, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.