Press "Enter" to skip to content

Qırğızıstandan Əfqanıstana humanitar yardım

Bayraqdar.info – Qırğızıstan nümayəndə heyəti sentyabrın 23-də Əfqanıstanın paytaxtı Kabilə humanitar yardım aparıb.

Bu haqda xəbəri bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.

Xəbərdə deyilir ki, Prezident Sadır Caparovun tapşırığıyla Qırğızıstan Təhlükəsizlik Şurası sədrinin müavini Taalatbek Masadıkovun başçılığı altında nümayəndə heyəti Əfqanıstana yollanıb. Heyət Qırğızıstan xalqı adından Əfqanıstan İslam Respublikasına humanitar yardım təqdim edib.

Qonşu ölkədən gətirilən yardımı Əfqanıstan Baş nazirinin birinci müavini vəzifəsini icra edən Abdul Qəni Bəradər qəbul edib.

Tərəflər fürsətdən istifadə edərək fikir mübadiləsi də aparıblar. Söhbət əsnasında Əfqanıstandakı durum, eləcə də bölgədəki təhlükəsizlik məsələləri müzakirə edilib.

A.Q.Bəradər öz növbəsində Qırğızıstan Prezidenti S.Caparov və ölkəsinin xalqına təşəkkürlərini ifadə edib. O, özəlliklə beynəlxalq ictimaiyyətin vəd etdiyi humanitar yardımların çatdırılmadığını, Əfqanıstanın maliyyə hesablarının dondurulduğunu, bu səbəbdən ölkə əhalisinin əziyyət çəkdiyini diqqətə çatdırıb.

A.Q.Bəradər qonşu ölkələrlə etimadı bərpa edib iqtisadiyyatın dirçəldilməsinin vacibliyini də dilə gətirib.

T.Masadıkov Əfqanıstan xarici işlər nazirinin vəzifəsini icra edən Əmir Xan Müttəki ilə də protokol görüşü keçirib.

Mission News Theme by Compete Themes.