Press "Enter" to skip to content

Əmək pensiyası alanların sayı 125 min nəfərə çatıb

Bayraqdar.info – 2021-ci ilin avqust ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 124,7 min nəfərdən çox olub.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onlardan 97,4 min nəfərdən çoxu yaşa görə, 14,1 min nəfərdən çoxu əlilliyə görə əmək pensiyası alıb. Eyni zamanda, 13,1 min nəfərdən çoxu ailə başçısını itirməyə görə əmək pensiyası alıb.

Mission News Theme by Compete Themes.